Ermənistana İrandan silah daşınır: Müharibə gözləniləndir?-AÇIQLAMAbackend

Ermənistana İrandan silah daşınır: Müharibə gözləniləndir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan 44 günlük Vətən müharibəsindən sonra verdiyi itkilərinin və xüsusilə də sıradan çıxarılmış hərbi texnika, artilleriya vasitələrinin yerini doldurmaq üçün İran, Hindistan və Fransa ilə əməkdaşlıq edir”.

Bunu Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev İranın Ermənistanla antiAzərbaycan məzmunlu əməkdaşlığını davam etdirməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan kadrlarda İrandan Ermənistana silah daşınması əks olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” prinsipindən çıxış edir:

“Rəsmi Tehran İrəvanın silahlandırılmasında vasitəçi rola malikdir. Ermənistanın silahlanması ondan xəbər verir ki, bundan ya Azərbaycana, ya da Türkiyəyə təhdid kimi istifadə olunacaq. Çox gərgin dönəmdən keçirik. Sentyabr ayında ermənilər sərhədboyu ərazilərdə atəşkəsi pozmaqla Azərbaycanı təhrik edirlər. Sülh sazişi imzalanmayıb, siyasi dialoqlar dalana dirənib. Siyasilər anlaşmayanda hərbiçilər anlaşmağa çalışır. Belə olduqda silahlar danışır”.

Hərbi ekspert bildirib ki, sülh danışıqları istiqamətində rəsmi İrəvan müsbət mesajlar vermir:

“İran da bu vəziyyətdən faydalanmaq istəyir. Rəsmi Tehranın əsas maraqları Ermənistanın güclənməsindədir. Bununla da Zəngəzur koridorundan gələcək kommunikasiyaların İrandan keçməsi ilə iqtisadi dividentlər qazanmaq istəyir. Rəsmi Tehranın İrəvanla münasibətlərinin yaxşı olması Zəngəzur dəhlizinin açılmamasına görədir. İranın Ermənistana açıq şəkildə dəstək görməsi ondan xəbər verir ki, gələcəkdə Tehran da Azərbaycan üçün təhdid yaradan ölkəyə çevriləcək. Ermənistanı cəsarətləndirən də elə Fransanın, İranın bu kimi davranışlarıdır. Ancaq hərbi perspektivdə ordunu silahlandırmaqla Azərbaycanla güc dilində danışacaq gücə sahib deyillər”.

//Safura Bənnayeva, Editor.az