Altı ay əvvəl Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana köçən ermənilərin təxminən 15%-i artıq ölkəni tərk edib.
Editor.az bildirir ki, bunu Alternativ Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan “Sputnik Ermənistan”da keçirdiyi mətbuat konfransında bildirib.
Ermənistanda ilk növbədə miqrantlar iqtisadi çətinliklərlə üzləşiblər, çünki ölkədə yoxsulluq və işsizlik yüksək səviyyədədir. “Rəsmi məlumatlara görə, Ermənistanda yoxsulluğun səviyyəsi 42 faizdir”, – Manaseryan deyib.
O əlavə edib ki, Ermənistanda yoxsulluq artıq üçüncü ildir ki, artmaqdadır və ötən il Ermənistan iqtisadiyyatının strukturu pisləşib.
//Samir Qurbanov, Editor.az

