“Ermənistana Rusiya və İranın iqtisadi asıllığından qismən çıxmaq imkanı yaranıb”- AÇIQLAMAbackend

“Ermənistana Rusiya və İranın iqtisadi asıllığından qismən çıxmaq imkanı yaranıb”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən dəhşətli zəlzələnin ardınca bir sıra dövlətlər, hətta Yunanıstan da yardım əlini uzatmaqdan çəkinmədi.

Dəstək verən ölkələrdən biri də Ermənistandır. Məlumdur ki, rəsmi İrəvan hər-vəchlə Ankara ilə münasibətləri dostluq çərçivəsində saxlamağa cəhd edib. Lakin bir şərtlə ki, arada Bakı faktoru olmasın. Qardaş ölkə isə münasibətlərin normallaşmasının yalnız Azərbaycanla sülh müqaviləsi imzalanması hesabına reallaşacağını vurğulayıb.

Digər tərəfdən isə 35 il müddətində bağlı qalan sərhədin (sonuncu dəfə 1988-ci ildə istifadə olunub. Həmin il Ermənistanda baş verən zəlzələ zamanı Türk Kızılay tərəfindən yığılan yardımlar fəlakət bölgəsinə aparılmışdı) açılması sual doğurur ki, bunun Türkiyə üçün əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Politoloq Yeganə Hacıyeva bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması  şərti üçtərəfli razılaşmanın bəndlərindəki kommunikasiyaların davamıdır:

“ Yəni, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sərhədlərin açılması regionda sülh və stabillik üçün  beş şərtdən biridir. Bu günlərdə sərhədin açılması Ermənistan tərəfinin bu mövzuda istəklərinin nümayişidir. Əks halda xilasedicilər təyyarə ilə də göndərilə bilinərdi. Əslində bunu həm də Paşınyan hakimiyyəti arzuedilən imkan kimi də qiymətləndirdi və Ermənistan əlinə düşən “bəhanə”ni cəmiyyətinə “yedirdə” bildi”.

Politoloq hesab edir ki, Rəsmi Ankara ilə İrəvan sərhədinin açılması Türkiyə bazarı, iqtisadiyyatı və maliyyəsinin Ermənistana daxil olması deməkdir:

” Bu proses İrəvanın İran və Rusiyadan iqtisadi asıllığından qismən çıxması ilə nəticələnərək Türkiyənin xeyrinə dəyişəcək. İstər Rusiya, istərsə də İran bazarı keyfiyyət və qiymətinə görə Türkiyə məhsullarına uduzduğu üçün Türkiyə bazarı Ermənistana daha üstün olacaq. Bu da mövcud problemlərin həllində həm Türkiyə, həm də Azərbaycana əlavə riçaqlar üçün lazımdır. Bundan sonra Türkiyə və Ermənistan arasında münasibətlərin liberallaşmasını izləyəcəyik”.
 
//Safura Bənnayeva, Editor.az