Ermənistana silah daşınır: Azərbaycan üçün təhlükə var? -AÇIQLAMAbackend

Ermənistana silah daşınır: Azərbaycan üçün təhlükə var? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qoşulmama hərəkatında Azərbaycanla əməkdaşlıq edən Hindistanın 30 illik işğal tarixinə malik olan Ermənistana silah ötürməsi riyakarlıqdan başqa birşey deyil”.

Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalanmasına eyni zamanda Hindistanın İran vasitəsilə Ermənistana silah tədarük etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Hindistan bu addımlarla Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpa olunmasında kifayət qədər təxribatçı rol almaqdan qürur duymamalıdır:

“Ermənistana ötürülən silahlar Azərbaycana qarşı işğalçı və fərari erməni ordusunun potensialını artırmağa hesablanıb. Bu silahların miqyası hələ o qədər böyük deyil ki, Ermənistanla Azərbaycan arasında güc balansına təsir etsin. Lakin onlardan mümkün əməliyyatlar zamanı ordumuza qarşı istifadə edilə bilər. Aidiyyatı güc strukturlarımız bu silahların Ermənistan ərazisində yerləşməsini və yerdəyişməsini diqqətlə izləməli, onların Azərbaycan əsgərinin həyat və sağlamlığına zərər yetirə biləcək məsafəyə yaxınlaşmasına imkan verməməlidir. Təhlükəli məsafəyə qədər yaxınlaşan düşmən silahları dərhal məhv edilməlidir ”

//Safura Bənnayeva, Editor.az