Ermənistana təhlükəsizlik zəmanəti veriləcək?- Nikol Paşinyan hakimiyyətinin növbəti hiyləgərliyibackend

Ermənistana təhlükəsizlik zəmanəti veriləcək?- Nikol Paşinyan hakimiyyətinin növbəti hiyləgərliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hazırda faktiki olaraq bütün anlaşmalardan yayınmağa çalışır, o cümlədən sülh prosesində fəaliyyətini də demək olar ki, dondurmuş vəziyyətdədir. Ermənistan parlamentində keçiriləcək təcili müzakirələr isə Nikol Paşinyan hakimiyyətinin növbəti hiyləgərliyidir. Çünki Paşinyan hakimiyyəti Azərbaycanın 8 kəndini qaytarmağa söz versə də yerinə yetirmək istəmir. Sadəcə son vaxtlar müxtəlif manipulyasiyalarla zaman qazanmağa çalışır”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, 5 aprel tarixində ABŞ, Avropa Birliyi, Ermənistanla ortaq konfransda ona təhlükəsizlik təminatı verilməsi ilə bağlı məsələ hazırda gündəmdədir:

“Həmin ortaq konfransda təhlükəsizlik zəmanəti ilə bağlı paktın imzalanacağı barədə müxtəlif məlumatlar yayılıb. Rəsmi İrəvan da bu ərəfədə beynəlxalq himayədarlarının təlimatı ilə Cənubi Qafqazda situasiyanı gərginləşdirməkdə maraqlıdır. Ona görə də Paşinyan hakimiyyəti müxalifəti, Ermənistanın radikal qüvvələrini prosesə cəlb etməklə belə bir rəy yaratmağa çalışır ki, Ermənistan cəmiyyəti Azərbaycanın kəndlərini geri qaytarmağa razı deyil və guya hökumət böyük bir müqavimətlə üzləşib. Əsas məqsəd bundan əvvəlki görüşlərdə Azərbaycanla əldə olunmuş anlaşmalardan yayınmaqdır. Həmin anlaşmalardan yayınmaq üçün bəhanə qazanmaqdır. Paşinyan bu cür addımlarla hətta özünə qarşı olan radikal qüvvələri belə prosesə qatmaqla vəziyyəti gərginləşdirmək, hətta silahlı toqquşmaya qədər inkişaf etdirmək cəhd göstərir”.

//Gülnarə Abasova, Editor.az