Ermənistana təxribat əmrini bu dövlət verib – AÇIQLANDIbackend

Ermənistana təxribat əmrini bu dövlət verib – AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistan silahlı qüvvələri tərəfindən sərhədin Naxçıvan, Kəlbəcər və Gorus istiqamətlərində atəşkəs intensiv şəkildə pozulub. Düşmən təxribatının qarşısı alınıb və atəş mövqeləri susdurulub. Bu ermənilərin uzun müddət sonra müxtəlif sərhəd istiqamətlərində əl atdığı ilk sistemli təxribatdır. 

Buna səbəb nədir? İrəvan təxribatlara getməklə nəyə nail olmaq istəyir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki,  son zamanlar Ermənistanın sərhəddə kifayət aqressiv davrandığı müşahidə olunur:

“Ermənistan son zamanlar Azərbaycanla şərti dövlət sərhədində kifayət qədər aqressiv davranır. ABŞ və Fransadan alınan silahlar hesabına cəsarətlənən Ermənistan ordusu bəzən 1 gündə 2 dəfə atəşkəsi pozur və növbəti münaqişə ocağı yaratmaq üçün əlindən gələni edir. Atəşkəs pozuntuları rahatlıqla Ermənistanın törətdiyi növbəti hərbi eskalasiyaya çevrilə bilər. Bunun qarşısını almaq üçün Azərbaycan tərəfi preventiv tədbirlər görməlidir”.

Ekspertin fikrincə, Ermənistanın sərhəddəki təxribatları birbaşa ABŞ-dan aldığı hərbi dəstəklə bağlıdır:

“Bu atəşkəs pozuntuları birbaşa olaraq ABŞ-ın Ermənistana verdiyi hərbi dəstəklə bağlıdır. Həmin hərbi dəstək Ermənistan hakimiyyətini və digər revanşist qüvvələri kifayət qədər cəsarətləndirib. Nəticədə Ermənistanın növbəti eskalasiya hazırlığını da izləyirik. Bu atəşkəs pozuntuları Azərbaycan əsgərinin həyat və sağlamlığını çox ciddi risklər yaradır. Bu risklərin aradan qaldırılması üçün düşmənin atəş açdığı mövqelər dərhal Azərbaycan ordusu tərəfindən məhv edilməlidir. Həmin mövqelər Azərbaycan üçün əhəmiyyət daşıyırsa, ordumuzun əsgərləri həmin mövqelərə yerləşdirilməlidir. Əgər atəş açılan mövqelər ordumuz üçün elə də əhəmiyyətli deyilsə, həmin nöqtələrə bir daha erməni əsgərlərinin yerləşməsinə imkan verməməliyik”.