Ermənistana yeni bir DƏRS?- “Sonda onları tam dalana dirəyəcəyik”backend

Ermənistana yeni bir DƏRS?– “Sonda onları tam dalana dirəyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun illər ərzində ermənilər Azərbaycan torpaqlarına göz dikib ərazi iddialarından əl çəkmədilər. Biz onların dərsini 44 günlük Vətən müharibəsindəki qələbəmizlə verdik. Təəssüflər olsun ki, yenə də Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasına davam edir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Azərbaycan bütün öz vasitələrindən istifadə edərək Ermənistana yeni bir dərs verməlidir:

” Tarix boyu ermənilər bizim torpaqlarımızda yaşayıb. Biz isə buna çox zaman susmuşuq. Ancaq indi proses dəyişib. Bizim Ermənistana ərazi iddiası irəli sürməyə tarixi, siyasi əsasımız var. Təbii ki, onlar bunu başa düşərək təşvişə düşüb. Laçından ermənilərin çıxarılması da elə bu təşvişdəndir. Ermənilər qorxu içərisindədir. Biz bunu yalnız şüarlar içərisində saxlamayacağıq. Lazım gələrsə, öz tələblərimizi yerinə yetirmək üçün onları dalana dirəməyə tam gücümüz çatacaq. Əgər Ermənistan dinc, təhlükəsiz şəraitdə yaşamaq istəyirsə, başa düşməlidir ki, ilk növbədə Üçtərəfli Bəyanata əməl edilməlidir. Rəsmi Bakı tərəfindən irəli sürülən 5 prinsip əsasında bu məsələlərin həllində onlar müəyyən güzəştlərə getməlidir, əks halda Ermənistanın taleyi çox acınacaqlı olacaq”.

//Gülnarə Abasova, Editor.az