Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcəkbackend

Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndinə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası çərçivəsində yeni yol çəkiləcək.

Ermənistanın baş nazirinin administrasiyasının rəhbəri Araik Arutyunyan sosial şəbəkələrdə Kirants-Açarkut yolunun yenidən qurulmasına başlandığını bildirib.

“Dünən Kirants-Açarkut yolunun bərpası üzrə işlərə start verilib. Yol beynəlxalq standartlara uyğunlaşdırılacaq”, – deyə o yazıb.

Vurğulanıb ki, yol genişləndiriləcək və yük maşınlarının gediş-gəlişi təmin ediləcək. Bərpa işləri iki ay ərzində başa çatdırılmalıdır.

Daha əvvəl Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəklərinin quraşdırıldığı bildirilmişdi.

Oxu.az