Ermənistanda daha 2 min nəfər koronavirusa yoluxdu, 27 nəfər öldübackend

Ermənistanda daha 2 min nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda koronavirusa yoluxanların sayı 110 687 nəfərə çatıb.

Editor.az erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 000 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 27 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 636 nəfər koronavirusdan ölüb, 40 715 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.