Ermənistanda qan ehtiyatı tükənib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi əhaliyə müraciət edib.
Bildirilib ki, xüsusilə, I qrup qan ehtiyatına ehtiyac yaranıb. Nazirlik xalqı könüllü qanverməyə çağırıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları qarşısında darmadağın olan Ermənistan ordusu ciddi itkilər verməkdə davam edir. Məlumata görə, cəbhədən xəsarət alan minlərlə hərbçi gətirilib.

