Ermənistanda doğum və nikahların sayı azalıb, ölüm və boşanmaların sayı artıbbackend

Ermənistanda doğum və nikahların sayı azalıb, ölüm və boşanmaların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bu ilin birinci rübündə doğulanların və nikahların sayı azalıb, ölənlərin və boşananların sayı isə çoxalıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Emənistanın Milli Statistika Xidmətinin hesabatında bildirilib.

Məlumata görə, 2024-cü ilin ilk üç ayında 697 körpə doğulub. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə azdır.

Bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə 341 nəfər ölüb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə çoxdur.

İnformasiyaya əsasən, hesabat dövründə 186 nikah bağlanılıb ki, bu da ötən illə müqayisədə azdır. Bununla belə, 36 boşanma hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin birinci rübünün göstəricisi ilə müqayisədə çoxdur.