Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) hökumət binalarını ələ keçirməyi planlaşdıran terror qruplaşmasının saxlanıldığını açıqlayıb. Terror əməliyyatına daha çox insan cəlb etmək üçün qrup Ukrayna və Moldova Telegram kanalları yaratmağı planlaşdırıb.
Editor.az xəbər verir ki, “İlkin araşdırmalar nəticəsində məlum olub ki, A. M., S. M., E. T., V. O., K. S. 2023-cü il ərzində partlayışlar törətməyə və dövlət binalarını ələ keçirməyə hazırlaşırmış. Məqsəd dövlət orqanlarının fəaliyyətinə əngəl törətmək olub”, – deyə NSS-in saytında bildirilir.
Xidmətdən əlavə edilib ki, axtarışlar zamanı odlu silah və döyüş sursatları, siqnal partlayıcı qurğu, iki döyüş başlığı olan siqnal reaktiv yaylım atəşi qurğusu, zirehlər və hərbi geyimlər, həmçinin Ermənistan və Rusiya rabitə operatorlarının sim kartları aşkar edilib. Planlaşdırılan terror hücumlarının “Şimal Yarpaqtökümü” adlandırılması nəzərədə tutulubmuş. Başlamazdan bir gün əvvəl təşkilatçılar “Milli Qurtuluş üsyanı” adlı Ukrayna və Moldova Telegram kanallarını yaratmalı idilər. Ermənistan Milli Təhlükəsizlik Xidməti təhqiqatın davam etdirildiyini və gözlənilən terror aktlarının bütün təfərrüatlarının aydınlaşdırılmasını elan edib. Hazırda 5 nəfər saxlanılıb, barələrində cinayət işi açılıb.
//Samir Qurbanov, Editor.az

