Ermənistanda əhalinin azalması prosesi gedir – Koçaryanbackend

Ermənistanda əhalinin azalması prosesi gedir – Koçaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb.

Editor.az   Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.

Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib:

“Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır (əhalinin sayının azalması – red.), qaçmaqdır. Bu o deməkdir ki, bu hakimiyyətə etibar etmirlər. Bu vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir”.