Ermənistanda əsgərlər bir-birini güllələdilərbackend

Ermənistanda əsgərlər bir-birini güllələdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bir neçə gün əvvəl həmkarını öldürən hərbçi saxlanılıb.

Editor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb. Hadisə fevralın 24-də saat 17:55 radələrində baş verib. “İlkin istintaq zamanı məlum olub ki, fevralın 24-də saat 17:55 radələrində Ermənistan Respublikası sərhədinin şimal-şərq istiqamətində yerləşən döyüş mövqeyində səngərdə münaqişə və dava düşüb.

Dava zamanı sıravi S.P. yüngül pulemyotdan rəqibi istiqamətində atəş açıb, nəticədə o, güllə yarası alıb. Zərərçəkmiş avtomobillə hərbi hospitala aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

//Samir Qurbanov, Editor.az