Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblarbackend

Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları üç gün əvvəl Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında qeyri-adi etiraz aksiyası keçiriblər.

Editor.az  report-a istinadən xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Bundan əvvəl vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan Xarici İşlər Nazirliyində saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.

“Azatazen” təşkilatı Şurasının üzvü İşxan Gevorqyan və aksiyanın digər iştirakçıları özlərini zəncirləyərək birbaşa polis əməkdaşlarının qarşısında dayanıblar.