Ermənistanda güclü zəlzələ: Sakinlər evlərini tərk etdibackend

Ermənistanda güclü zəlzələ: Sakinlər evlərini tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Rixter cədvəli ilə 5 bala yaxın zəlzələ olub.

Editor.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Yerevandan 12 kilometr məsafədə, yerin 2 kilomet dərinliyində qeyd alınıb.

Sakinlərin evlərini tərk etdiyi deyilir. Təkanlar bir neçə saniyə ərzində davam edib.

Hər hansı itki və ya fəsadlar barədə məlumat verilmir.

Zəlzələ Azərbaycanda da hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44-km şimalda Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında və Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.