“Ermənistanda hakimiyyət uğrunda mübarizə şiddətlənəcək”-Politoloqbackend

“Ermənistanda hakimiyyət uğrunda mübarizə şiddətlənəcək”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın sabiq Baş naziri Vazgen Manukyan haqqında cinayət işinin açılması faktı Ermənistanda ciddi etiraz dalğasına səbəb olmadı və sıradan bir məsələ kimi müzakirə olundu”. Bu sözləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloqun sözlərinə görə Vazgen Manukyan Ermənistan cəmiyyətində ciddi sosial dayaqlara malik bir şəxsdir: “Bu aspektdən yanaşsaq düşünərəm ki, keçmiş Baş nazirin həbs olunması Ermənistanda daxili proseslərə ciddi təsir etməyəcək. Ölkədə hal -hazırda hakimiyyət uğrunda mübarizəni şiddətləndirəcək daha ciddi amillər var. Hökumət, Prezident və Silahlı Qüvvələrin Baş Qərargah rəisi arasında yaranmış problem gərginliyin artması üçün daha çox zəmin yaradır’’.

//Gülnarə Abbasova, Editor.az

Loading...