Ermənistanda həbslər başladı: Tabor komandiri 7 hərbçi ilə birlikdə mövqedən qaçıbbackend

Ermənistanda həbslər başladı: Tabor komandiri 7 hərbçi ilə birlikdə mövqedən qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın istiqamətlərində baş verən hadisələrdən sonra Ermənistanda həbslər başlayıb.
Belə ki, istintaq komitəsi 10 döyüş mövqeyinə cavabdeh olan tabor komandiri mayor Q.Q-ni həbs edib.
“Mayor döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin etməyib, düşmənə müqaviməti də təşkil etməyib. O, daha 7 hərbçi ilə birlikdə mövqedən qaçıb, nəticədə 11 əsgər əsir düşüb, 2 nəfərin meyiti noyabrın 17-si və 19-da Ermənistan tərəfinə təhvil verilib.Mövqe düşmənin nəzarətinə keçib”,- istintaq komitəsinin bəyanatında belə deyilir.
G.G. “Döyüş növbətçiliyinin və ya hərbi xidmətin icrası qaydalarını pozulması ağır nəticələrə səbəb olduqda”  maddəsi ilə təqsirləndirilir.
Baş prokurorun müşaviri Qor Abramyan bildirib ki, onunla birlikdə daha bir müqaviləli hərbçi də saxlanılıb.