Ermənistanda “Mənim addımım” parlament fraksiyasında gərginlik hökm sürür.
Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, erkən parlament seçkilərdən sonra hakim qüvvənin millət vəkilləri ilə hələ heç kim görüşə bilməyib.
Ümumiyyətlə, gələcək fəaliyyətlərlə bağlı heç nə müzakirə edilməyib. Əksəriyyət millət vəkillərinin problemlərdən xəbərdar olmamasından, hakim partiyada hansı düzəlişləri edəcəklərini bilməməsindən gileylənir.
Bunların Baş naziri Nikol Paşinyanın hakim parlament fraksiyasına maraq göstərməməsindən qaynaqlandığı iddia edilir.

