Ermənistanda hərbi avtomobil qəzaya uğradı: Ölənlər və yaralılar varbackend

Ermənistanda hərbi avtomobil qəzaya uğradı: Ölənlər və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi xəbər verir ki, qəza ötən gün Sünik bölgəsində, saat 20:40 radələrində baş verib.

Editor.az bildirir ki,qəzaya səbəb kəndlərdən birinin yaxınlığında qar uçqunu olub, nəticədə “UAZ” markalı avtomobil dərəyə yuvarlanıb. Kontraktla xidmət edən iki əsgər qəzanın qurbanı olub, daha iki əsgər isə yaralanıb. Qarnizon xəstəxanasında onlara müxtəlif dərəcəli xəsarətlər diaqnozu qoyulub. Hazırda zərərçəkənlərin vəziyyəti orta ağırdır. Onların həyatı təhlükədə deyil.

Qeyd edək ki, bu ərəfədə bir sıravi əsgər Ermənistan hərbi hissəsinin təhlükəsizlik zolağında ölümcül yaralanıb. Hadisənin təfərrüatları hələlik məlum deyil, araşdırma aparılır.

  //Samir Qurbanov, Editor.az