“Ermənistanda iqtidar təmsilçiləri ictimai rəyə yanlış informasiyalar ötürürlər ki, bu da…”- ŞƏRHbackend

“Ermənistanda iqtidar təmsilçiləri ictimai rəyə yanlış informasiyalar ötürürlər ki, bu da…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hakimiyyətinin sərhədlərin delimitasiya və demakrasiyası ilə bağlı özlərinin maraqlarına uyğun gələn uydurma müddəaları ola bilər. Nəzərə almaq lazımdır ki, sərhədlərin çəkilməsi məsələsi Almatı bəyannaməsinə əsaslanmır. Ümumiyyətlə, Almatı bəyannaməsinin müddəalarını Ermənistan öz maraqlarına uyğun şərh etməyə çalışır”.

Bunu Editor.az-a politoloq Tural İsmayılov erməni mətbuatında Azərbaycanın Almatı Bəyannaməsi ilə sərhədlərin çəkilməsinə razı olmadığı barədə yayılan informasiyalara münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, ölkə hakimiyyəti rəsmiləri öz siyasi fraksiyalarından olan millət vəkilləri ilə danışıqlarda və müzakirələrdə bu məsələnin müxtəlif rakurslarda yanlış formalarda şərh etməyə çalışır:

“Rəsmi dövlət sərhədləri müəyyənləşməlidir və daha sonra buna uyğun delimitasiya, demakrasiya prosesi aparıla bilər. Azərbaycanın beynəlxalq hüquqda tanınan əraziləri Ermənistan tərəfindən də tanınır. Əgər hakimiyyət o əraziləri tanıdığını söyləyirsə, nəyə görə Azərbaycan tərəfindən sərhədlərdən geri çəkilməsi ilə bağlı tələblər irəli sürməlidir? Eyni zamanda, Ermənistanın delimitasiya və demakrasiya ilə bağlı məsələdə də Azərbaycan hərbiçilərinin yerləşdiyi əraziləri hədəf göstərməsidoğru deyil. Ümumiyyətlə, delimitasiya və demakrasiya ilə bağlı açıqlamalar verilərkən mütləq şəkildə qarşı tərəfin mövqeyi də nəzərə alınmalıdır. Ortaq danışıqların nəticələri fonunda istər daxili auditoriyaya, istərsə də beynəlxalq ictimaiyyətə belə açıqlamalar verilməlidir. Ancaq rəsmi İrəvanın iqtidar təmsilçiləri ictimai rəyə yanlış informasiyalar və şərhlər ötürürlər ki, bu da iki ölkə arasında delimitasiya və demakrasiya prosesinə kölgə salır”.

//Gülnarə Abasova, Editor.az