Ermənistanda istefa dalğası: Paşinyanın 80 faiz yeniləmə niyyətibackend

Ermənistanda istefa dalğası: Paşinyanın 80 faiz yeniləmə niyyəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin 80 faizini yeniləmək niyyətindədir.

Editor.az Yenisabah.az-a istinadən xəbər verir ki, Zöhrab Mnatasakyanın Xarici İşlər, Feliks Tsolakyanın Fövqəladə Hallar, David Tonoyanın isə Müdafiə naziri vəzifəsindən çıxarılması prosesin başlanğıcıdır.

Ermənistan KİV-lərində yayılan məlumatlara görə, David Tonoyanı Vaqarşak Arutyunyan əvəzləyə bilər. O, hazırda Nikol Paşinyanın baş məsləhətçisi postunu tutur.

Qeyd edilir ki, Paşinyanın komandasını yeniləməsi Qarabağdakı məğlubiyyətə görə Ermənistanda artan narazılığı yatırmağa xidmət edir.

“Hrapark” qəzeti yazır ki, Baş nazir bu prosesə hakim “Mənim Addımım” parlament fraksiyasını da cəlb edib. O deputatlardan atdığı addımları dəstəkləməyi xahiş edib. Onlar isə öz növbəsində hökumətin tərkibinin yenidən formalaşdırılması prosesində iştirak etmək istədiklərini bildiriblər. Paşinyanın deputatlarla razılşadığı bildirilir. Çünki boş qalan vəzifələrə məhz deputatlar namizəd axtarır.