Ermənistanda kadr dəyişiklikləri gözlənilir: “Bu, Paşinyanın yeni regional  xarici siyasət kursuna təkan verəcək”- ŞƏRHbackend

Ermənistanda kadr dəyişiklikləri gözlənilir: “Bu, Paşinyanın yeni regional  xarici siyasət kursuna təkan verəcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda hökumətdə kadr dəyişikliklərinə başlayacaq. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumatda bildirilib ki, yeni strategiyaya görə N. Paşinyan nazirlərin bəzilərini istefaya göndərmək qərarında qətiyyətlidir.

Siyasi analitik Kənan Novruzov məsələ ilə bağlı Editor.az-a açıqlama verib. Analitik bu məlumatların hələ iddia olduğu və buna bənd olaraq hər hansı bir konkret fikir söyləməyin doğru olmadığını deyib:

“Bəzi hallarda bu cür məlumatlar informasiya müharibəsinin tərkib hissəsi olur.  Mümkündür ki, sözügedən nəşr Ermənistanda mövcud iqtidara qarşıdır. Bu informasiyalar yalnız ictimai rəyin formalaşdırılmasına hesablana bilər. Ancaq bir yandan da Nikol Paşinyanın doğrudan da hökumətdə kadr dəyişikliyi etməsi məsələsi realdır. Guya Paşinyan yeni xarici siyasət strategiyası müəyyənləşdirib.  Yeni regional siyasət müəyyənləşdirib və tək başına yeridə bilmir. Ona kollektiv dəstək lazımdır və bu kollektiv dəstək də şübhəsiz ki, hökumət üzvləridir. İndiki məqamda xüsusilə strateji əhəmiyyətli vəzifələrdə olan kadrlar Paşinyanın öz siyasətini lazımı səviyyədə aparmalarına kömək edə bilmirlər. Belə ki, bu baxımdan Ermənistan xarici işlər naziri  Ararat Mirzoyanı misal çəkmək olar. Əlbəttə ki bir tərəfdən belə bir vaxtda xarici işlər nazirinin istefaya göndərilməsi ajiotaja səbəb ola bilər. Ancaq Mirzoyanın ölkə daxilində nüfuzu yoxdur. Belə ki, bir neçə dəfə parlamentdə döyülüb, vəzifəsi dəyişdirilib. Ona sanki ölkədə etimad da yoxdur. Ehtimaldır ki, hökumətdə kadr dəyişikliyi ilə bağlı iddiaların doğru olduğu halda ölkənin müdafiə naziri də dəyişdirilə bilər. Bu, Paşinyanın müəyyənləşdirdiyi yeni, xüsusilə regional xarici siyasət kursuna təkan verəcək”.

//Gülnarə Abasova, Editor.az