Ermənistanda koronavirusa yoluxanların sayı 120 mini keçdibackend

Ermənistanda koronavirusa yoluxanların sayı 120 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda koronavirusa yoluxanların sayı 120 459 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 1 589 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 839 nəfər koronavirusdan ölüb, 38 082 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.