Ermənistanda koronavirusa yoluxanların sayı 44 min nəfəri keçibbackend

Ermənistanda koronavirusa yoluxanların sayı 44 min nəfəri keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda koronavirusa yoluxanların sayı 44 075 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən məlumatına görə, son sutka ərzində 197 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 884 nəfər koronavirusdan ölüb, 4 291 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.