Ermənistan mətbuatı bundan sonra Azərbaycanla həmsərhəd Sünik vilayətinin bölgələri barədə xəbər yazmaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən xüsusi razılıq almalıdır.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Xidmətin yerli mətbuata ünvanladığı müraciətində deyilir.
Müraciətdə qeyd olunur ki, mətbuat nümayəndələri sərhədyanı bölgələr barədə yazmazdan əvvəl Milli Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməli olacaqlar.

