Ermənistanda necə və nə səbəbə Rusiyanın erməniyönlü ANNA-NEWS saytına müxalif oldular – FOTObackend

Ermənistanda necə və nə səbəbə Rusiyanın erməniyönlü ANNA-NEWS saytına müxalif oldular – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın erməniyönlü ANNA-NEWS agentliyinin jurnalisti Aleksandr Xarçenko Ermənistanın NATO təlimlərində iştirakından narazılığını bildirərək, manevrlərdən şəkillər nümayiş edib.

“Sizdən soruşanda ki, Rusiya niyə öz qoşunlarını Qarabağa göndərməyib və ya ən müasir silahları təmənnasız yollamayıb, onlara sadəcə bu mənzərəni göstərin. Ermənistan açıq şəkildə Rusiya əleyhinə tədbirdə iştirak edir. Onların məqsədi ABŞ-a məxsus diviziyanın Rusiya sərhədinə köçürülməsini təlim etməkdir. Ermənistanın siyasi və hərbi rəhbərliyinin gələcəyə kiminlə gedəcəyinin qərar verməsinin vaxtı çatıb. Qəribə bir nüans ortaya çıxır – bir tərəfdən, Türkiyə Ermənistan üçün düşməndir, digər tərəfdən də erməni əsgərləri Türkiyənin əsgərləri ilə çiyin-çiyinə amerikalıların Avropaya yerləşməsinə kömək edəcəklər. Eyni zamanda iki qarpızı bir əldə tutmaq alınmayacaq”, – deyə Xarçenko “Telegram” kanalında yazıb.

Əlavə etmək lazımdır ki, ikinci Qarabağ müharibəsi zamanı ANNA-NEWS kəskin ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə seçilirdi, döyüşlərin gedişi barədə saxta xəbərlər dərc edirdi.

Ancaq Xarçenkonun bu mövqeyi müharibə zamanı ANNA-NEWS-un “xidmətlərini” unudan erməni “Telegram” kanallarında qızğın şəkildə tənqid edilib və hətta istənilən anti-erməni düşüncələrinin dərc edilməsinə qadağa qoyulub. Bu isə prinsipcə, erməni təbliğatının ruhuna və onların sözdə “demokratiya” anlayışına uyğundur.