Ermənistanda növbədənkənar seçkilər keçirilməyəcəkbackend

Ermənistanda növbədənkənar seçkilər keçirilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan rəhbərliyi Milli Assambleyaya növbədənkənar seçkilər keçirmək niyyətində deyil.

Editor.az bildirir ki, bunu hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib. O, mətbuata müsahibəsində yeni Konstitusiya ilə bağlı referendumun növbədənkənar parlament seçkilərindən sonra keçiriləcəyini bildirsə də, dərhal ifadəsinə düzəliş edərək, 2026-cı ildə keçiriləcək növbəti seçkilərdən danışdığını dəqiqləşdirib.

Aparıcı siyasətçidən onun sözlərinin seçkilərin növbədənkənar olacağı anlamına gəlib-gəlmədiyini soruşub. Konjorian cavab verib ki, səhv edib. “Bu, sadəcə, dil sürüşməsidir. Bizim gündəliyimizdə növbədənkənar seçkilər yoxdur”, – fraksiya rəhbəri billdirib.

Parlamentar Ədliyyə Nazirliyinin rəhbəri Srbuhi Qalyanın ölkənin əsas qanununun yeni mətninin seçkilərə qədər hazırlanmalı olduğu barədə sözlərini də təsdiqləyib, lakin onun izahatına görə, bu, referendumun eyni vaxt çərçivəsində keçirilməli olduğu anlamına gəlmir.

//Samir Qurbanov, Editor.az