“Ermənistanda Paşinyana qarşı silahlı üsyan baş tuta bilər”-ŞƏRHbackend

“Ermənistanda Paşinyana qarşı silahlı üsyan baş tuta bilər”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Praqa” bəyannaməsi 1991-ci il “Alma-Ata” bəyannaməsinə uyğun imzalandı. Burada Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilir və BMT nizamnaməsində Azərbaycan buna görə “Alma-Ata” bəyannaməsinə imza atıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.


Onun sözlərinə görə, erməni analitiklər Nikol Paşinyanı Qarabağ məsələsində səssiz qalmaqda ittiham edirlər:

“Hesab edirlər ki, rəhbərlik həmin məsələni və Laçın koridorunu gündəlikdə saxlamalıdır. “Praqa” bəyannaməsini gündəmə çıxartmaqla və Qarabağ məsələsində kənarda qalmaqla Ermənistanın baş nazirinin İrəvanı Rusiyadan uzaqlaşdırmaq cəhdi kimi iddia irəli sürürlər. Əlbəttə, Paşinyanın siyasəti də elə bundan ibarətdir. Amma onu da nəzərə almaq lazımdır ki, Ermənistan Qarabağ iddialarından geri çəkilməyib. Hələ də yekun sülh müqaviləsində Qarabağla bağlı hər hansı bir maddənin daxil edilməsini istəyir. Buna görə də proses uzanır”.

Politoloqun fikrincə, Ermənistan hazırkı situasiyada Rusiyadan uzaqlaşıb, Laçın dəhlizində proseslərə qarışmaq gücündə deyil:

“Ruben Vardanyan nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına cavab vermir. Çünki Rusiyanın adamıdır.
Ötən gün Nikol Paşinyan “Praqa” bəyannaməsini əsas tutaraq Azərbaycanla sülhə hazır olduğunu bildirdi. Bu bəyanata da şübhə ilə yanaşıram, çünki o, sözünün üstündə durmur. Rusiya-Ermənistan əlaqələrində ciddi böhran yaşanır. Paşinyan uzaqlaşmaq siyasəti həyata keçirir. Ona görə də biz İrəvanla Moskva arasında daha kəskin münasibətlərin şahidi olacağıq. Hətta Ermənistanda Paşinyana qarşı silahlı üsyan da qalxa bilər”.

//Safura Bənnayeva, Editor.az