Ermənistanın İstintaq Komitəsi bildirir ki, polisin səyləri olmasaydı, Ermənistanda hakimiyyətin dəyişdirilməsi cəhdi həyata keçirilə bilərdi.
Şübhəli şəxs məşhur müğənni Spitaktsi Haykonun oğlu Hraçya Gevondyandır. İstintaq onun müxalif dairələrə yaxın olduğunu müəyyən edib və o, indiki hakimiyyətin yeritdiyi daxili və xarici siyasəti yanlış hesab edib. Bu səbəblərə görə hüquq-mühafizə orqanlarının fikrincə, Gevondyan hökumət binalarını, Milli Məclisi və polisi nəzarətə götürmək niyyətində idi. O, inqilabı tək deyil, bir qrup şəriki ilə birlikdə həyata keçirməyi planlaşdırırdı. Onların şəxsiyyəti müəyyənləşdirilir. Çevrilişin tarixi artıq müəyyən edilmişdi – 26 may: cinayətkarlar həmin günə təyin edilmiş mitinqdə hərəkətə keçməyə hazırlaşıblar.
Bununla belə, Gevondyanın niyyəti üzə çıxıb və o, saxlanılıb. Ermənistan İstintaq Komitəsi Qevondyanın (və ya oxşar səsə malik olan şəxsin) “yeganə çıxış yolunun” hökumət binalarını ələ keçirmək olduğunu dediyi səs yazısını yayıb. Bundan başqa, İstintaq Komitəsinin də dərc etdiyi videogörüntülərdə Gevondyanın yanında Ermənistan-Azərbaycan münaqişəsinin təhrikçisi, eks-prezident Robert Köçəryanın oğlu, müxalifətçi Levon Köçəryanın olduğu göstərilir.
//Samir Qurbanov, Editor.az