Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası (PSRC) Ermənistan Elektrik Şəbəkələri (ENA) QSC-nin elektrik paylama lisenziyasını ləğv edib.
Şirkət Yerevanda həbs olunmuş erməni və rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Tashir Group” şirkətinə məxsusdur. Qərar 21 noyabrda qüvvəyə minəcək.
İş üzrə dinləmə üç gün davam edib və Ermənistan mediası tərəfindən yayımlanıb. PSRC-nin beş üzvündən dördü ENA-nın lisenziyasının ləğvinə səs verib. Komissiya qərarın səbəbinin Ermənistanın enerji təhlükəsizliyini təhdid edən “çoxsaylı pozuntular” olduğunu bildirib.
ENA-nın keçmiş baş direktoru David Qazinyan dinləmədə komissiyanın qərarının Ermənistanın baş naziri Nikol Paşinyanın “sifarişi” ilə siyasi təzyiq altında verildiyini bildirib. Vəkil Aram Orbelyan qərarı dəstəkləyən heç bir dəlil təqdim edilmədiyini iddia edir.
//Samir Qurbanov, Editor.az

