Ermənistanda sürücülük vəziqəsi olmadan da avtomobil sürmək olarbackend

Ermənistanda sürücülük vəziqəsi olmadan da avtomobil sürmək olar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti yaxın vaxtlarda ölkənin Daxili İşlər Nazirliyində müzakirəyə çıxarılan yeni qanun layihəsi ilə bağlı qərar qəbul edəcək: onun mahiyyəti ondan ibarətdir ki, erməni sürücülər ciblərində sürücülük vəsiqəsi olmadan avtomobil idarə edə biləcəklər, daxili işlər naziri Arpin Sarkisyan deyib.

“Müfəttiş sürücülük vəsiqəsinin mövcudluğunu elektron sistem vasitəsilə yoxlaya biləcək, əgər məlumat təsdiqlənərsə, sürücüyə qarşı sanksiyalar tətbiq edilməyəcək”, – Arpin Sarkisyan bildirib.

İndi evdə sənədini unudan “hüquqlarından məhrum” sürücülərlə bağlı qanunlar kifayət qədər sərtdir: qaydanı pozan ilk dəfə inzibati cəza ilə üzləşir, əgər belə hal təkrarlanarsa, cinayət işi açılacaq, – Sputnik Ermənistan xəbər verir.

//Samir Qurbanov, Editor.az