Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülübbackend

Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız azərbaycanlı olduğuna görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, güneyli gənc sonda zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib.

O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.