Korrupsioner məmurlar İrəvanın kiçik sakinlərinin yeməklərini oğurlayıblar. Cinayətin üstü Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən açılıb.
Editor.az xəbər verir ki, uşaq bağçalarının ərzaqla təmin olunması üçün ayrılan vəsaiti oğurlamaqda ittiham olunan 5 nəfər artıq həbs edilib. Məktəbəqədər təhsil müəssisələrinin qida məhsulları ilə təmin olunması üçün keçirilən tenderdə iki şirkətin qalib gəldiyi dəqiqləşdirilir.
Onlar saxta sənədlər hazırlayaraq bağça müdirlərinin iştirakı ilə yemək üçün ayrılan vəsaiti oğurlayıblar. Fürsətçilərin evlərində və iş yerlərində 22 milyon dram (55 min dollar) nağd pul aşkar edilib. Onlar puldan əlavə qızıl-zinət əşyaları, smartfonlar və kompüterlər ələ keçiriblər. Müstəntiqlər bağçanın 20-yə yaxın əməkdaşı ilə müsahibə aparıblar. Onlar cinayəti boynuna alıb və istintaq üçün vacib detalları danışıblar.
//Samir Qurbanov, Editor.az

