Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış baş veribbackend

Ermənistanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam Ermənistanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat verib. Fövqəladə hadisə İrəvan-Sevan avtomobil yolunda – paytaxt yaxınlığında baş verib. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb və həkim nəzarətindədirlər.

Partlayış nəticəsində hələ də söndürülməyən yanğın baş verib. Hazırda onlarla yanğınsöndürən və polis əməkdaşı hadisə yerindədir. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, içərisində maye qaz olan çən partlayıb.

//Samir Qurbanov, Editor.az