Ermənistandan Azərbaycana sülh müqaviləsi mesajı – “Hazırıq”backend

Ermənistandan Azərbaycana sülh müqaviləsi mesajı – “Hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı verdiyi təklifləri qəbul edir”.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistan sülh gündəmində ardıcıldır. Gələcəkdə sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın təkliflərində heç nəyi qəbuledilməz hesab etmirik. Bunları öz təkliflərimizlə tamamlamışıq”, – nazir bildirib.

Mirzoyan qeyd edib ki, İrəvan ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə hərtərəfli sülh gündəliyi ilə bağlı təklifini Azərbaycana çatdırıb.

Onun sözlərinə görə, Ermənistan sülh sazişi üzrə məsləhətləşmələrə başlamağa hazırdır.

Mirzoyan bölgədəki nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması və ya açılmasında maraqlı olduğunu da bildirib. Bununla belə o, dəhliz anlayışına qarşı olduqlarını söyləyib.