Ermənistan Xarici İşlər Nazirliyi Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibinin iyunun 13-də verdiyi bəyanatdan hiddətlənib.
Departament bununla bağlı Belarus tərəfinə öz etirazını bildirdiklərini vurğulayıb: “Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibinin iyunun 13-də verdiyi şərh, xüsusilə Ermənistanın daxili işlərinə müdaxilə ilə əlaqədar Belarus tərəfinə etiraz notası göndərilib”, – nazirliyin mətbuat katibi deyib. Ani Badalyan eyham vurub ki, Belarusun özündə ölkəsinin gələcəyini düşünən liderlər yoxdur: “Əlavə etmək istərdik ki, öz ölkələrinin gələcəyini düşünən liderlərə sahib olmaq istəyinə gəlincə, hazırda Belarusiyada da bu, yoxdur” – Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Xatırladaq ki, bir gün əvvəl Ermənistan rəhbərliyi Minskdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb, bundan sonra Belarus hakimiyyətindən də anoloji addım atılıb.
//Samir Qurbanov, Editor.az

