Ermənistanın COP29-da iştirakı ilə bağlı məsələsi Ermənistan və Azərbaycan arasında danışıqların dinamikasından asılıdır.
Milli.Az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan parlamentdə jurnalistlərə bildirib.
“Biz yekun qərar verəndə iştirak edib-etməyəcəyimizi və hansı səviyyədə iştirak edəcəyimizi bildirəcəyik”, – Kostanyan bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan rəsmən dəvət alıb, lakin hələlik bu məsələ ilə bağlı mövqeyini bildirməyib.