Ermənistandan ETİRAF: Müharibə 15 gün ərzində başa çata bilərdi, amma…backend

Ermənistandan ETİRAF: Müharibə 15 gün ərzində başa çata bilərdi, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament müxalifəti “Çiçəklənən Ermənistan” və “Aydınlanmış Ermənistan” fraksiyaları cümə axşamı günü növbədənkənar iclas çağırılmasını və hərbi vəziyyət rejiminin ləğvini tələb edir.

Publika.az xəbər verir ki, fraksiyalar bununla bağlı yenidən parlament rəhbərliyinə müraciət edəcəklər.

Müxalifət nümayəndəsi Şake İsayan brifinq zamanı bildirib ki, baş nazirin istefası mövzusunda müxalifətin gündəmi dəyişməz olaraq qalır.

Fraksiyadan olan başqa bir millət vəkili Mikael Melkumyan bütün hadisələrin müharibənin 1 həftə və ya 15 gün ərzində dayandırıla biləcəyini göstərdiyini qeyd edib: “Düşmənin bütün hərbi-texniki potensialını bildiyimizə baxmayaraq, müharibəni dayandırmaq üçün kifayət qədər səy göstərmədik. Belə olan halda ordunun şəxsi heyəti o qədər böyük itki verməyəcəkdi”.