Ermənistandan növbəti təxribat: “Sərsəng su anbarının qurumasının əsas səbəbi…”backend

Ermənistandan növbəti təxribat: “Sərsəng su anbarının qurumasının əsas səbəbi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il təkcə Azərbaycanda deyil, ümumiyyətlə, regionda su ilə bağlı ciddi problemlər yaşanır. Su ehtiyatları günü-gündən azalır. Bu da həyacan təbili çalınmasını zəruri edir”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev son vaxtlar Sərsəng su anbarının quruması və ermənilərin buna səbəb olaraq Azərbaycan ekofəallarının keçirdiyi dinc aksiyaları göstərməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan hər zaman bütün sahələrdə bütün vasitələrdən istifadə edərək Azərbaycan əleyhinə kampaniya aparır:

“Xüsusilə də Sərsəng su anbarının hazırkı vəziyyətinin səbəbkarı sanki Azərbaycan olduğunu göstərmək istəyir. Ancaq bu separatçıların təxribatı ilə əlaqədardır. Yaxında həmin ərazilərin də Azərbaycanın aidiyyatı qurumlarının əlinə keçəcəyini düşünürəm. Tezliklə Sərsəng su anbarındakı vəziyyətin aradan qaldırılması ilə bağlı real addımlar atılacaq. Suyun toplanması və su ehtiyatlarının əvvəlki vəziyyətə qaytarılması üçün aidiyyatı qurumlar təxirəsalınmaz işlər həyata keçirəcək”.

Deputat onu da qeyd edir ki, Ermənistanın həmişə ekoloji terrora üstünlük verməsi sirr deyil:

“Bu vasitə ilə ölkəmizin ekologiyasına çox ciddi ziyan vurublar. Yataqların qanunsuz olaraq istismarı faktı, çaylara zərərli maddələrin atılması, mədənlərin və zavodların çirkab sularının tökülməsi nəticə etibarilə Azərbaycanda su ehtiyatlarının azalmasına səbəb olub. Bununla yanaşı, meşələrin qırılması, qanunsuz ovlar da separatçılar tərəfindən həyata keçirilir. Sərsəng su anbarı ilə bağlı yaranmış problem də birbaşa separatçıların və Ermənistanın məsuliyyətindədir. Ümid edirik ki, bu problem qısa müddətdə öz həllini tapacaq “.

//Safura Bənnayeva, Editor.az