Ermənistandan Qarabağa mülki geyimdə hərbiçi göndərilir- QARŞISI ALINMALIDIRbackend

Ermənistandan Qarabağa mülki geyimdə hərbiçi göndərilir- QARŞISI ALINMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizində və ermənilərin yaşadığı ərazidə fəaliyyətinə Azərbaycan nəzarət edir. Sülhməramlılar artıq atdıqları addımda Azərbaycanın reaksiyasının necə olacağını hesablayırlar”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sülhməramlı qüvvələrlə bağlı narazılığını ifadə etməsi, Laçın dəhlizinə nəzarətimizlə bağlı qeydləri göstərir ki, rəsmi Bakı Laçın dəhlizində post qoymaq planına malikdir:

“Həmçinin sülhməramlı qüvvələrinin fəaliyyətini Azərbaycanın təhlükəsizliyinə təhdid kimi görür.
İlk növbədə, Qarabağda Ermənistan öz silahlı qüvvələrini geri çəkməlidir. Əgər, Ermənistan Qarabağa əsgər göndərməsə, yerli ermənilərdən bu qədər “özünü müdafiə qüvvələri” təşkil edilə bilməz. Ona görə də ilk növbədə Ermənistandan Qarabağa mülki geyimdə hərbiçi göndərilməsinin qarşısı alınmalıdır. Əgər, Ermənistan tərəfi və Rusiya silahlı erməni birləşmələrini bu ərazidən çıxarmasa, Azərbaycan ciddi tədbirlər görə bilər. Bundan əlavə, Ermənistanla danışıqlarda ilk növbədə bu məsələ gündəlikdə olmalıdır”.

//Gülnarə Abasova, Editor.az