Avropa İttifaqı Şurası Ermənistan ərazisində mülki Avropa missiyasının yaradılmasına “icazə verib”.
Editor.az bildirir ki, bu mesajı onun mətbuat xidməti yayıb. “Biz Aİ Şurasının Aİ missiyasını genişləndirmək qərarını alqışlayırıq. Missiya heyətinin artırılması Aİ-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğulayır”, – bəyanatda deyilir.
Aİ xarici işlər nazirləri ötən ilin dekabrında missiyanın sayının təxminən 140 nəfərdən 210 nəfərə qədər artırılması barədə razılığa gəliblər. Uzunmüddətli missiyanın işə salınması zamanı, yəni 2023-cü ilin fevralında onun heyətinə yüz nəfər daxil idi.
Missiya əməkdaşları Ermənistanın müxtəlif şəhərlərində yaradılmış altı bazadan müxtəlif ərazidə patrulluq edir.
//Samir Qurbanov, Editor.az

