Ermənistandan Rusiyaya daha bir şok: “Zvartnots” hava limanında rus sərhədçilərinə yer yoxdurbackend

Ermənistandan Rusiyaya daha bir şok: “Zvartnots” hava limanında rus sərhədçilərinə yer yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, İrəvanın “Zvartnots” hava limanında rus sərhədçilərinə yer yoxdur.

Spiker əmindir ki, “onlar ordan getməlidirlər”. Eyni zamanda, siyasətçi şəxsi fikrini ifadə etdiyinə də diqqət çəkib. Media nümayəndələri ondan rus sərhədçilərinin niyə getməli olduğunu soruşduqda, Simonyan “çünki biz ölkəmizin sərhədlərini qoruyacağıq, amma onların qoruyacağına əmin deyiləm” şəklində cavab verib.

Bir neçə gün əvvəl Ermənistan KİV-i yüksək rütbəli mənbənin sözlərinə istinadla Rusiya sərhədçilərinin tezliklə Yerevan “Zvartnots” hava limanını tərk edəcəyi barədə məlumat yaymışdı.

//Samir Qurbanov, Editor.az