Ermənistandan Rusiyaya XƏYANƏT: Kreml bunu bağışlayacaq?- Tofiq Zülfüqarovdan AÇIQLAMAbackend

Ermənistandan Rusiyaya XƏYANƏT: Kreml bunu bağışlayacaq?- Tofiq Zülfüqarovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. Onun Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcəyi bildirilir. Mövcud Rusiya-Ukrayna müharibəsi və Qərbin Kremlə tətbiq etdiyi sərt sanksiyalar fonunda bu səfərin keçirilməsi diqqət çəkir.

Maraqlıdır, Rusiya-Ukrayna hadisələri fonunda Paşinyanın bu cür gedişləri Qarabağ məsələsində hansı rolu oynayacaq?

Mövzu ilə bağlı Editor.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın bu fəallığı birbaşa Rusiyanın düşdüyü vəziyyətlə əlaqədardır:

” Aydın məsələdir ki, indiki mərhələdə Rusiya fərdi, siyasi, iqtisadi böhranla qarşılaşıb. Bu böhranın nəticəsində isə bəzi hərbi-siyasi imic layihələrdə iştirakı məhdudlaşacaq və bəziləri isə ixtisara salınacaq. Suriya, bəzi lostsovet ölkələrdə hərbi bazaların saxlanılması, Azərbaycanda sülhməramlı missiyasının iştirakı ilə bağlı layihələr böyük ehtimalla ixtisara düşəcək. Təbii ki, Ermənistan tərəfi də bunu başa düşür və istəyir ki, bu mərhələyə hazır vəziyyətdə gəlsin. Ermənistan hakimiyyətinin istəyi ondan ibarətdir ki, bir sıra ölkələri də proseslərə cəlb etsin”.

T. Zülfüqarov hesab edir ki, Paşinyan Rusiya ilə bağlı ilk məqsədini Fransa səfər ilə reallaşdırır:

“Bu isə Ermənistan üçün bir fürsətdir ki, Rusiya-Ukrayna hadisələri fonunda Qarabağ məsələsini də gündəmdə saxlasın. Məhz ona görə də Qarabağda təxribatlar artıb və bununla məsələni gündəmdə saxlamaq istəyirlər. İkinci bir tərəfdən isə Ermənistan bu təxribatları törədib, daha sonra məsuliyyətini Azərbaycan tərəfinin üzərinə atmaq istəyir. Guya Azərbaycan Rusiyanın bu çətin vəziyyətindən istifadə edərək gərginliyi artırır, yəni, bəzi öhdəliklərini yerinə yetirmir. Bu cür taktika erməni tərəfi üçün məntiqli görünür və həmişə kimi onlar öz məkrli məqsədlərinə nail olmaq üçün belə bir yoldan istifadə edirlər. Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarix hələ bəlli deyil. Hərbi əməliyyatlar bitsə belə Rusiyanın ciddi iqtisadi-siyasi böhrana düşməsi şübhəsizdir”.

//Gülnarə Abasova, Editor.az