“Azərbaycan ordusu 1994-cü ildən bu günə qədər yerləşdiyi heç bir mövqedən geri çəkilməyib. Bu, həm Azərbaycan-Ermənistan sərhədinə, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə aiddir”.
Bu fikirləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Qərbi Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanın bu gün mediaya açıqlamasında Azərbaycan Ordusunun “bəzi yerlərdən geri çəkildiyi” ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, iki ölkə arasında atəşkəsin tez-tez pozulması fonunda yeni mühəndis qurğularının inşası Ermənistan ordusunun yaxın perspektivdə daha genişmiqyaslı təxribatlara əl ata biləcəyi ehtimalına əsas verir:
“Düşmənin atəş açdığı mövqelər darmadağın, mühəndis qurğuları yerlə yeksan edilməlidir. Təhdid yaradılan mövqelərdə Azərbaycan əsgəri yerləşdirilməli və bayrağı sancılmalıdır “.
Hərbi ekspertin fikrincə, Ermənistan mediasında saxta məlumatlar kifayət qədər intensiv şəkildə səsləndirilir: “Buna biz daha əvvəllər də rast gəlmişik. Rəsmi İrəvanda mövcud olan siyasi iqtidar sanki öz mövcud çıxılmaz vəziyyətini ört-basdır etməyə, erməni ordusunun hələ də döyüş potensialına malik olduğunu nümayiş etdirməyə çalışır. Lakin baş verən real hadisələr tamamilə bu bəyanatların əksini ortaya qoyur”.
//Safura Bənnayeva, Editor.az

