Ermənistandan separatçı çağırışlar: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ciddi reaksiya verməlidir”-AÇIQLAMAbackend

Ermənistandan separatçı çağırışlar: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ciddi reaksiya verməlidir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstər “Xaçlılar” dəstəsi, istərsə də digər terror təşkilatları, bunların hər biri qeyri-qanuni birləşmələrdir. Onlar öz hakimiyyətlərini də təhdid edirlər. Həmçinin kim tərəfindən maliyyələşdirildikləri də məlumdur”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistandakı “Xaçlılar” dəstəsinin komandiri Sərkis Poqosyanın Azərbaycanı təhdid edərək Xankəndiyə yol açılmasa, yolun açılması üçün güc tətbiq edəcəkləri ilə bağlı açıqlamasına, eyni zamanda separatçı “jurnalist” Mika Badalyanın “təşkilatçılar Azərbaycan mövqelərinə atəş açmaq da daxil olmaqla, istənilən tədbiri görməyə hazırdırlar”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti özünün səsləndirə bilmədiyi fikirləri bu cür terror dəstələrindən istifadə edərək eşitdirir: “Azərbaycan ərazisində hər hansı qeyri-qanuni addım atılarsa, ilk növbədə buna Rusiyanın sülhməramlı qüvvələri cavabdehlik daşıyır. Digər tərəfdən mövqelərimizə qarşı silahlı təxribatlar həyata keçirilərsə, adekvat cavablarını da alacaqlar. Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bu kimi çağırışlara ciddi reaksiya verməlidir. Azərbaycan müstəqil dövlətdir. Ərazilərimizdə olan qeyri-qanuni silahlı qruplaşmalar etdikləri hərəkətlərə görə adekvat cavablarını alacaqlar. Açıq terror çağırışı varsa, antiterror əməliyyatı da keçirilə bilər. Bütün məsuliyyət birmənalı şəkildə erməni separatçılarının və onların havadarlarının üzərində qalır “.

//Safura Bənnayeva, Editor.az