Ermənistandan təxribatçı addım: Azərbaycana qarşı qətnamə qəbul edilir?-AÇIQLAMAbackend

Ermənistandan təxribatçı addım: Azərbaycana qarşı qətnamə qəbul edilir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın belə bir iddia ilə Beynəlxalq Ədalət məhkəməsinə müraciət etməsi gözlənilən idi”.

Bunu Editor.az-a politoloq Ramiz Alıyev Ermənistanın  Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının “pozulması” iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın istəkləri heç kimə bəlli deyil, çünki ermənilər qədər şər, böhtan atan ikinci xalq, dövlət yoxdur:

“Ermənistan baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıq-aşkar bildirdi ki, Azərbaycan Xankəndidə yaşayan erməni əsilli vətəndaşlara heç bir təhlükə yaratmır və onların rahatçılığı üçün şərait yaradır. Belə olduğu halda Ermənistanın məhkəməyə müraciət etməsi gülünc yaradır. Bunlar ermənilərin iç üzünü göstərən məqamlardandır. Azərbaycan torpaqları işğal edilərkən  mülki əhaliyə zülm edildi, vətəndaşlarımız öz ata-baba yurdlarından qovuldu, zorakılığa məruz qaldı. Azərbaycan isə öz tarixi torpaqlarında erməni əsilli əhalinin yaşaması üçün şərait yaradır. Bu vəziyyətdə belə ermənilər öz xislətindən əl çəkmir”.

Politoloq Azərbaycana qarşı heç bir qətnamənin qəbul edilməyəcəyini düşünür:

“Azərbaycan Hüquq Mühafizə Orqanları, polisimiz, hərbiçilərimiz həmin ərazilərdən çıxan ermənilərə qida, su təklif edir, yolda avtomobili  işləməyənlərə kömək edirlər. Dövlət başçımız da dəfələrlə çıxışında bildirib ki, Azərbaycanın vətəndaşlığını qəbul edən ermənilər torpaqlarımızda qala bilər. Bir çox erməni də bunun üçün müraciət edib.  Ərazilərimizdən çıxan ermənilər də etiraf edib ki, onlar uzun müddət separatçıların, xunta rejimin girovluğunda qalıblar. Ermənistan xalqı bu gün öz rəhbərlərinin fikirlərini təkzib edir. Maraqlıdır, bəs  Xocalı soyqırımını törədən erməni vəhşiləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi hansı qərarı verəcək? Bu gün ərazilərimizi tərk edən ermənilərə yaradılan şəraiti azərbaycanlıları zorla ata-baba yurdlarından çıxarılan zaman yaratmışdılarmı?”.

R.Alıyevin fikrincə, hər hansı beynəlxalq təşkilat, məhkəmənin Azərbaycana qarşı qətnamə qəbul etməsi, qərəzli yanaşmadır: “Qaliblər heç vaxt mühakimə olunmur. Azərbaycan xalqı, höküməti qalibdir. Geriyə baxmadan irəliyə doğru addım atırıq. “Böyük Qayıdış” layihəsi çərçivəsində vətəndaşlarımızın öz yurd-yuvalarına qayıdışı da uğurla həyata keçirilir”.

//Safura Bənnayeva, Editor.az