Ermənistandan verilən bu açıqlamalar Qarabağdakı terrorçular üçün gözlənilməz oldu: Təxribatlar bundan sonra BAŞLADIbackend

Ermənistandan verilən bu açıqlamalar Qarabağdakı terrorçular üçün gözlənilməz oldu: Təxribatlar bundan sonra BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, cinayətkar Vitali Balasanyanın təşəbbüsü ilə “hərbi təlimlər” keçiriləcək. Separatçıların Azərbaycan torpaqlarında “hərbi təlimlər” keçirməyə cəhd etməsi qəbuledilməzdir.

Maraqlıdır, separatçıların qanunsuz əməlləri və Rusiya “sülhməramlılarının” onlara imkan yaratması fonunda Azərbaycan tərəfi konkret olaraq nə etməlidir?

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Editor.az-a açıqlamasında deyib ki, heç bir halda bu cür təxribatlara yol verilməməlidir:

“Ancaq məlumdur ki, bölgədə baş verən təxribatların əsas səbəbi 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən bölgəyə rus qoşunlarının daxil olması ilə paralel şəkildə diskolasiya olunması nəzərdə tutulan erməni terrorçularıdır. İndi isə separatçılar çalışır ki, Rusiya-Ukrayna münaqişəsi fonunda onların da əlinə qazanc keçsin”.

Onun sözlərinə görə,  Azərbaycanla Ermənistanın sülh müqaviləsinin imzalanması ərəfəsində Ermənistandan gələn siqnallar müsbət istiqamətdə idi:

” Ermənistan tərəfi bildirirdi ki, biz sərhədlərin müəyyənləşməsini qəbul edirik, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq,  Qarabağ isə artıq hüquqi yox siyasi məsələdir. Əlbəttə ki, Ermənistandan verilən bu açıqlama Qarabağdakı terrorçular üçün gözlənilməz oldu. Məhz bu açıqlamalardan dərhal sonra təxribatlar başladı. Təxribatların hələ bir müddət də şahidi olacağıq”.

Siyasi ekspert qeyd edib ki, separatçıların təxribatlarına cavab olaraq Azərbaycan tərəfi Laçın dəhlizinə alternativ yol çəkir, xüsusi təyinatlıları bölgəyə yerləşdirir:

” Digər tərəfdən Hökumətlərarası Kommissiyanın növbəti iclası baş tutacaq və xarici işlər nazirləri arasında təmaslar da güclənməkdədir. Ona görə də Vitali Balasanyanın rəhbərliyi ilə ortaya çıxan indiki mənzərə məhz bu fonda baş verən proseslərdən sui- istifadə məqsədi daşıyır. Bu məsələ ilə bağlı Azərbaycan tərəfindən adekvat cavab olaraq Baş prokurorluq tərəfindən Araik Arutunyan barəsində cinayət işinin başlanması və axtarışa verilməsi oldu. Hesab edirəm ki, sərhədlərin delimitasiya və demakrasiya prosesi bitdikdən sonra orada 27 min ermənininin müstəqilliyini elan edib də dövlət qurmaq çabası heç bir əhəmiyyət daşımayacaq. Özləri də başa düşürlər ki, bu proses Azərbaycanın bir müddət sonra antiterror əməliyyatı keçirilməsi ilə nəticələnəcək”.

//Gülnarə Abasova, Editor.az