Ermənistanı Rusiya və Belarusun olduğu ittifaq dövlətinə soxmaq istəyirdilər – Ermənistan parlamentinin spikeribackend

Ermənistanı Rusiya və Belarusun olduğu ittifaq dövlətinə soxmaq istəyirdilər – Ermənistan parlamentinin spikeri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə bildirib ki, onlar 2021-ci ildə Ermənistanı Rusiya və Belarusun ittifaq dövlətinə daxil etməyə çalışıblar.

Eyni zamanda o, ölkənin rəsmi dəvət almamasına da aydınlıq gətirib.

Editor.az bildirir ki, Simonyanın fikrincə, üç il əvvəl erməni xalqı Ermənistanı İttifaq dövlətinin bir hissəsi edəcək bir hökumət seçməli idi. “2021-ci ildə erməni xalqı bizi bu İttifaq dövlətinə gətirmək olan böyük geosiyasi planı aradan qaldırdı” Somnyan deyib. xatırladaq ki, 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa vermişdi.

İyun ayında keçirilən həmin seçkilərdə baş nazirin “Vətəndaş Müqaviləsi” partiyası 53,92% səslə qalib gəlib və o, öz vəzifəsinə qayıdıb.

//Samir Qurbanov, Editor.az