“Ermənistanı yenidən münaqişəyə hazırlayırlar”- Hərbi ekspert AÇIQLADIbackend

“Ermənistanı yenidən münaqişəyə hazırlayırlar”- Hərbi ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh müqaviləsinin imzalanmaması və regionda əmin-amanlığın olmaması üçün bir çox ölkələr Ermənistana “maraqlı” məsləhətlər verir”.

Bu fikri Editor.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Rusiya, Fransa, İran İslam Respublikası və digər bir sıra ölkələr sözügedən siyahıya daxildir:

“Yayılan məlumata görə,Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Arorat Mirzoyan arasında keçirilməli olan razılaşdırılmış görüş təxirə salınıb. Bu haqda Ermənistan XİN məlumat yayıb. Bu o deməkdir ki, rəsmi İrəvana problemi daha da dərinləşdirmək üçün vaxt lazımdır. Həmin müddətdə isə Hindistan, Rusiya, İran və digər ölkələrdən müəyyən silah- sursat əldə edəcəklər. Prosesi isə bu və ya digər formada həyata keçirirlər “.

Hərbi ekspertin fikrincə, Kişineuda keçirilən görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin gələcəklə bağlı səsləndirdiyi bəyanata Fransa prezidenti Emmanuel Makron qərəzli yanaşma ilə çıxış edib:

“Ona görə də hesab edirəm ki, vaxt uzatmaqla Ermənistana uzaqmənzilli raketlər, dronlar veriləcək. Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətini bu və ya digər formada münaqişəyə hazırlayacaqlar.

Ermənistan Təhlükəsizlik Şurasının  Katibi Armen Qriqoryan qeyd edir ki, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Bu “ağıllıya” izah etmək lazımdır ki, keçən il dekabrın 7-də belə bir sənədin imzalanması ilə bağlı onsuz da rəsmi İrəvan tərəfindən razılıq verilmişdi, amma, proses baş tutmadı. Bir sözlə yenə də vaxt udmağa çalışırlar.  Rəsmi İrəvana verilən hər hansı silah müəyyən problemlərə səbəb ola bilər. Lakin Azərbaycan Ordusunun həmin silahları qısa müddətdə sıradan çıxartmaq üçün kifayət qədər texnikası var”.

Üzeyir Cəfərov qeyd edir ki, Ermənistan ikibaşlı oyunları ilə vaxt udmağa çalışır:

“Amma Azərbaycan da boş dayanmamalı, separatçılarla bağlı tələblərini sərtləşdirməlidir. Separatçılar bölgədən çıxarılmadığı təqdirdə problemlərimiz çoxalacaq və dərinləşəcək. Gələcəkdə böyük problemlərin olmaması üçün Rubenləri, Arayikləri ərazilərimizdən çıxartmalıyıq. Arayik Artunyan isə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan qanunlarına görə cavab verməlidir. Gəncəyə atılan raket zərbələrindən sonra bir çox günahsız vətəndaşımız dünyasını dəyişib. Bərdə və Tərtərdəki cinayətlərinə görə də bu şəxs cavab verməlidir. Ermənistan Rusiyanın, Fransanın və İranın göstərişlərini yerinə yetirir. Məqsədi isə həm prosesi, həm də rus sülhməramlılarının mandatının daha 5 il uzatmaqdır “.

//Safura Bənnayeva, Editor.az